4 İyun 15:02
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir.

Teleqraf.com Modern.az-a istinadla, ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha altı ay artırılacaq. Bununla da 2024-cü il iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan yaş tələbi 64 olacaq.

Rəsmi məlumata görə, bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər