11 İyun 14:34
3 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanda azyaşlının çipsdən zəhərlənərək öldüyü bildirilir. Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır. İlkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

Hadisə ilə bağlı Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı məsləhətçisi Nərgiz Əmrəliyeva Teleqraf.com-a məlumat verib:

“Uşağın 6 yaşı olub. Ana babasının bizə verdiyi məlumata görə, həmin gün isti havada oynadıqdan sonra evə gəlib qusmağa başlayıb. Bir saat çöldə oynayıb, evə gəlib qusub. Daha sonra vəziyyəti ağırlaşıb, xəstəxanaya aparılıb. Vəfat səbəbi ilə bağlı dəqiq diaqnoz qoyulmayıb. Rəhmətə getməzdən əvvəl ondan qan analizi götürülüb. Zəhərlənmə olduğuyla bağlı dəqiq məlumat yoxdur. Babanın dediyinə görə sağlam uşaq olub. Həmin gün də hər zaman olduğu kimi uşaqlarla oynayırmış. Vəziyyətində heç bir dəyişiklik yox işim”.

Turqut Cavadzadənin babası Ağayar Qaçayev ilə əlaqə saxladıq. O artıq bu barədə çox danışmaq istəmədiyini vurğuladı:

"Uşağın səhhətində heç bir problem olmayıb. Hadisədən bir saat əvvəl normal idi. Uşaqlarla oynayırdı".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər