9 İyun 17:54
2 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanma hallarına evliliyin ilk 5-10 il arasında daha tez-tez rast gəlinir.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, son illər ölkədə kalssik ailə modelinin əsasları zəifləyir.

Onun sözlərinə görə, xüsusilə gənc nəsil avropa ölkələrində olan ailə tərzlərini özlərinə nümunə götürürlər.

Sosioloq bildirib ki, ilk illərdə ailə böhranları daha çox yaşandığına görə cütlüklər bunun öhdəsindən gəlmək əvəzinə asan yol kimi boşanmanı seçirlər.

Üzeyir Şəfiyev qeyd edib ki ailələrdə bəzən adi məsələlər böyük problemə çevirilərək boşanma ilə nəticələnir. Yeni evlənən gənclərə ailə dəyərlərinin aşılanmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Əksər vaxtlarda onlar ailədaxili münaqişələrə ciddi yanaşmır əksinə vəziyyəti boşanma həddinə çatdırırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər