31 May 14:19
2 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları insanın psixi sağlamlığını gücləndirə biləcək 5 vərdişi təqdim ediblər. Bunlar gündəlik cədvələ riayət etmək, strateji planlaşdırma vərdişi, sağlam həyat tərzi, başqa insanlarla daimi ünsiyyət, pozitiv düşüncədir.

Teleqraf.com xəbər verir ki, sağlam və pozitiv düşüncə yaxşı psixi sağlamlığın vacib göstəricilərindən biridir.

Bu o deməkdir ki, insan özü və dünya haqda real təsəvvürlərə malik olmalı, bu anlayışlara hörmətlə yanaşmalıdır. Sağlam həyat tərzi sağlam qida istehlakı, düzgün yuxu rejimi və daimi fiziki fəaliyyəti nəzərdə tutur. Bütün bunlar insanda məmnunluq, sevinc və həyata müsbət münasibət formalaşdırır.

Fiziki fəaliyyət həm də müəyyən biokimyəvi proseslərə səbəb olur ki, bu da əlverişli psixoloji vəziyyətin formalaşmasına kömək edir.

Günün cədvəlinə sahib olmaq və strateji plan qurmaq bacarığı rifahı yaxşılaşdırmağa, həyat keyfiyyətini artırmağa, depressiya ilə mübarizə aparmağa və ya onun qarşısını almağa, həmçinin narahat əhval-ruhiyyəni azaltmağa kömək edə bilər.

Daimi və canlı təmaslar insanda sabit və sağlam psixi vəziyyətə kömək edir. Ünsiyyət emosional və zehni dəstək almağa, fiziki təmas tələbatını ödəməyə imkan verir.


Müəllif: Həkimoğlu

Oxşar xəbərlər