Sosial şəbəkədə mart ayında məktəb və bağçaların fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, yayılan məlumatlar əsassızdır:
“Xahiş olunur ki, ötən ilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz öz qaydasında davam edir”.