27 Fevral 2023 15:26
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları 3 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası imtahanından sonra müəllimlərin əmək haqlarına minimum 10 faiz, maksimum 35 faiz əlavələr edilib.

Qeyd edib ki, sertifikatlaşdırma imtahanından sonra müəllimlərin yüksək əmək haqqı 1195 manat, orta əmək haqqı 975 manat təşkil edir. Sertifikasiyadan keçməyən müəllimlərin əmək haqqı isə 760 manatdır.

Nazirin sözlərinə görə, qarşıdakı 2 ildən sonra müəllimlərin əmək haqqı 1000 manatdan yüksək olacaq.

"Ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əməkhaqqı məbləğində növbəti 4 il ərzində 15 faiz artım gözlənilir. Gözlənilir ki, müəllimlərin orta aylıq əməkhaqqı 2024-cü ildə 840, 2025-də 880, 2026-cı ildə 910 manat olacaq", - nazir qeyd edib.


Müəllif: Teleqraf.com