17 İyun 2016 16:43
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin mətbuat xidməti Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan 45 kiloqram gilas məhsulunun "Yaraq-Kazmalar" buraxılış məntəqəsində saxlanılması ilə bağlı məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı Xidmətə müraciət etməyib və 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlaması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib.

Qeyd edək ki, Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prossedurlardan keçdikdən sonar imtina üçün əsas olmadıqda, yükə fitosanitar sertifikat verilir.

Cari ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər.

İlhamə


Müəllif:

Oxşar xəbərlər