Ötən gün ANS-lə yollarını ayıran aparıcı Ləman Əliəşrəfqızının bu addımı ilə bağlı yeni məqamlar ortya çıxıb. Mətbuatda yayılan məlumata görə, Ləman rəhbərliklə münahisə edib və mühafizəçilər tərəfindən ofisdən uzaqlaşdırılıb.
ANS şirkətlər qrupunun media məsələləri üzrə müşaviri Mayis Məmmədov Teleqraf-com-a açıqlamasında bu məsələyə aydınlıq gətirib: “Kiminləsə mübahisə etməsinin bizə nə dəxli var? Ləman işdən ayrılması ilə bağlı ərizə yazmayıb və bizə də bildirməyib. Kim ona deyib ki, işləməsin? Ləmana hansı haqsızlıq edilib? O çox söz yaza bilər. Yaza bilər ki, mən terroristəm və s. Ona həmişə hörmətlə yanaşırdıq. ANS-də yalnız o, əməkdar jurnalist adını alıb. Bütün kollektiv pis olub. Belə olmaz axı”.
Qeyd edək ki, Ləman Əliəşrəfqızı ANS-də haqsızlığa məruz qaldığı üçün işdən ayrıldığını qeyd edib.
Rəqsanə