19 İyun 2016 11:57
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 17-dən Bakıda start götürən "Formula 1" Avropa Qran Prisi çox sayda turisti, "Formula"sevəri paytaxtımıza cəlb edib.

Teleqraf.com Trend-ə istinadən paytaxtımızdan zövq alan "Formula 1" azarkeşlərinin fotolarını təqdim edir.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.


Müəllif:

Oxşar xəbərlər