1 iyul 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasınındəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirməişlərinin təşkili” layihəsi çərçivəsində Ağsu rayonunda maarifləndirmə tədbirini keçirmişdir.
Maarifləndirmə tədbiri Ağsu rayonu “Gənclər Evi”ndə təşkil edilmişdir. Tədbirdə tibbişçiləri, sosial işçilər, müəllimələr, kitabxana işçiləri və işləməyən şəxslər, o cümlədən gəncqızlar və yeni ailə qurmuş xanımlar iştirak etmişlər. 36 nəfəri xanımın iştirak etdiyi tədbir interaktiv keçmiş, iştirakçılar aktiv müzakirələrə qoşulmuşlar.Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihəni maliyyələşdirən donor və layihənin aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi.M.Vəzir əvvəlcə qadınların kişilərə nisbətən cəmiyyətdə daha çox əzilməsindən danışdı və müasir dövrdə də texnologiya vasitəsilə qadınların dünyaya gəlmədən məhv edilməsinin faciəvi bir hal olmasını qeyd etdi. Qeyd olundu ki, selektiv abortlara görə Azərbaycan dünyada ikinci yeri tutur. Eyni zamanda məruzəçi statistik məlumatları vurğuladı və bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci,üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi. Xüsusilə məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğuladı. M.Vəzir daha çox oğlan doğulmasının heç də təsadüfi olmadığını vurğuladı.
Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi. Qeyd olundu ki, hamiləliyin süni dayandırılması qanunla yalnız hamilə qadına məxsusdur.
Digər şəxslərin müdaxiləsi qanun pozuntusudur.Tədbirdə iştirak edən ginekoloq Əliyeva Günel bir neçə nəfəri selektiv abortdan yayındırmasını qeyd etdi. Tədbirdə iştirak edən Azadə İsgəndərova isə hökumətin stimullaşdırıcı tədbir görməli olduğunu vurğuladı və qeyd etdi ki, qız uşaqlarının doğulmasına görə 5000 manat müavinət verilsə slektiv abortların qarşısı alınar. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları sırasında olan ginekoloqlar qadınlarla bu mövzuda söhbətlər apardıqlarını da bildirdilər. Qeyd olundu ki, daha çox qadınlar həyat yoldaşı tərəfindən bu addımı atmağa məcbur edilirlər.