28 İyul 2016 18:00
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik mövsümü ilə əlaqədar çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir.

Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 27-də kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq, 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub, onlar müvəqqəti saxlanca götürülüb.

Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər