“İyul ayında nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS, 536 nəfərdə talassemiya daşıyıcılığı, 96 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.
Bunu Teleqraf.com-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Onun sözlərinə görə, iyul ayında nikaha daxil olmaq istəyən 16 min 379 nəfər tibbi müayinədən keçib: “Müraciət edən 6 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb”.
Qeyd edək ki, nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsini başlayandan indiyədək 169 min 38 nəfər müayinədən keçib. Onlardan 108 nəfərdə QİÇS, 603 nəfərdə sifilis, 8 min 39 nəfərdə talassemiya daşıyıcılığı, aşkarlanıb.
İlhamə ƏBÜLFƏT