Böyrək çatışmazlığından əziyyət çəkən Abdulla Şaiq adına Kukla Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Rəhim Rəhimovun vəziyyəti ağır olaraq qalır.
Aktyor Teleqraf.com-a açıqlamasında bildirib ki, son analizin nəticəsi də ürəkaçan olmayıb:
“Avqustun 2-də analiz verdim. Nəticələrə görə qanda kreotinin faiz göstəricisi qalxıb. Bu da heç yaxşı hal deyil. Kreotinin faiz göstəricisi qanda qalxdıqca böyrək fəaliyyətini yavaş-yavaş itirir. Müalicənin effekti az olur, amma olur. Qanda kreotinin göstəricisi 300 idi, indi olub 320-dir. Amma müalicə etməsəydim bəlkə də 400 olardı”.
Aktyor bildirib ki, iki donor tapılıb, amma hələ müayinədən keçməyib: “Biri qohumdur, digəri isə aktyor kimi məni tanıyan, sevən biridir. Gəldi, dedi ki, sizə donor ola bilərəm. Sentyabr ayında ümumi müayinəyə gedəcəm, onda iki nəfəri də özümlə aparacam ki, müayinədən keçsinlər və donor ola biləcəkləri təsdiqlənsin. İndi çox narahatam, donor ola biləcəkləri təsdiqlənəndən sonra rahatlanacam”.
Nərmin