Yapon alimləri ilk dəfə olaraq süni-intellektə sahib robotu ictimaiyyətə nümayiş etdirdilər.
Moderator.az xəbər verir ki, yapon alimlərinin hazırladığı Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
İnsan beynindəki sinir şəbəkələrinin bənzəri olan elektrik siqnallarına malik olan robot adamların hərəkətlərini asanlıqla təqlid edə biləcək.
Qeyd edək ki, robotun hazırlanmasında əsas götürülən süni-intellekt nəzəriyyəsi həmyerlimiz Lütfi Zadəyə məxsusdu. Bir neçə il bundan əvvəl, yaponlar Lütfi Zadəyə nəzəriyyələrinə görə, özlərinin məşhur “Honda” mükafatını vermişdilər.
Elmin Nuri