8 Avqust 2016 16:52
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxını adətən ilk dəfə müraciət edən şəxslər olurlar. Masallı Regional şöbəsinə ay ərzində orta hesabla 460 artıq xəstə, Gəncə Filialına isə 1000 artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 976 nəfərdir.

Məlumat üçün bildirək ki, 8 avqust 2004-cü ildən başlayaraq Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər