5 Sentyabr 2016 16:25
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rayondan gəlmişəm. İstidir. Bu haqda məlumatım yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Tariyel Qasımov nəvəsi Fariz Kərimlinin ölüm xəbəri haqda danışarkən deyib.

Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli aktyorun qız nəvəsidir.

Aktyorun sözlərinə görə qızı və nəvəsiylə əlaqəni illər əvvəl kəsib:

“Münasibətimiz yox idi. Sonra bir video paylaşdı, məni biabır etdi. Ölümündən xəbərim yoxdu”

Dəfnində iştirak edib-etməyəcyi sualına xalq artisti belə cavab verib: “İndi rayondan gəlmişəm. İstidir. Bir az özümə gəlim. Üzrlü sayın”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər