9 Sentyabr 2016 12:56
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı sentyabrın 9-dan 15-dək gücləndirilmiş iş rejimində işləyəcək”.

Bu barədə Teleqraf.com-a avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu gün günorta saatlarından sonra avtovağzal ərazisində sıxlıq olacaq: “Bu cür vəziyyət sentyabrın 10-11-dək davam edəcək. Adi günlərdən fərqli olaraq, bayram günləri ilə əlaqədar əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılacaq”.

Məhəmməd Abdullayev bildirib ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin daşınırdısa, bayram günlərində nəqliyyat vasitələrinin sayı 600-dən yuxarı olacaq. 15 mindən yuxarı sərnişinin yola salınacaq.

Bundan əlavə kənardan dəvət olunan nəqliyyat vasitələri də fəaliyyət göstərəcəklər. Onlara 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

Qeyd edək ki, bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassada həyata keçirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər