9 Sentyabr 2016 19:41
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real” Hərəkatının icraçı direktoru Natiq Cəfərli azadlığa buraxılıb.

Bu barədə Teleqraf.com-a Natiq Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib. O, bildirib ki, bu gün Nəsimi rayon Məhkəməsində Natiq Cəfərlinin azadlığa buraxılması barədə prokurorluğun təqdimatına baxılıb və o, azadlığa buraxılıb: "Müstəntiqin vəsatəti, prokurorluğun təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi Cinayət Prosessual Məcəlləsinə əsasən həbs qetimkan tədbiri ləğv olundu. Hər şey ani və gözlənilməz oldu. Cinayət işi davam edir, yəqin ki, sabah həbslə əlaqedar olmayan qetimkan tədbiri seçiləcək".

Natiq Cəfərli avqustun 12-də həbs edilib. Nəsimi rayon Məhkəməsi onun haqqında 4 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi.

Hacı Zeynalov


Müəllif: