Lənkəran və Ağstafada hərbi sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Xətai kəndi ərazisindən 2 ədəd top mərmisi tapılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə şəhər ərazisindəki dəniz kənarında 4 ədəd tank əleyhinə mina tapılaraq ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.