14 Sentyabr 2016 11:56
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Alo 14” Çağrı mərkəzinə 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub, görüntülərə baxış keçirilib. Sürücülərin xidməti vəzifələrininin icrası zamanı əlbəyaxa dava etdikləri məlum olub.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Nuridə Allahyarova sözlərinə görə, hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək: “Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin”.

Bakı Nəqliyyat Agentliyinin rəsmisi bildirib ki, psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır.

Qeyd edək ki, 88 və 6 nömrəli avtobus sürücüləri arasında dava düşüb. Hadisə şahidlərinin sözlərinə görə, dava səbəbindən avtobuslar təxminən bir saata yaxın hərəkətdə olmayıb

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər