Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində səsvermə keçiriləcək. Bu barədə Teleqraf.com-a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycanın Almaniyadakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşların səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.
Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilib, vətəndaşlara e-mail və telefonla ətraflı izahlar verilib. Bu ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspora təşkilatlarımız da prosesə cəlb edilib.
Səxavət