“Bu gün Azərbaycanda təqribən 32 minə yaxın şəxs ilk dəfə səsvermə hüququndan istifadə edir”.
Bunu Teleqraf.com-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.
MSK katibi deyib ki, həmin şəxslərdən 111 nəfərinin doğum tarixi sentyabrın 26-a təsadüf edir.
M.Rəhimov qeyd edib ki, MSK rəhbərliyi doğum tarixi referendum gününə düşən 111 nəfərin təbrik edilməsi ilə bağlı dairə seçki komissiyalarına göstəriş verib:
“Bu şəxslər həm birinci dəfədir ki, səs verirlər, həm də onların bu gün ad günləridir. Buna görə də həmin şəxslər səs verdikləri məntəqədə MSK rəhbərliyi adından xüsusi hədiyyələrlə mükafatlandırılacaq”.
Səxavət