3 Oktyabr 2016 12:58
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi E.Əliyeva Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda bu istiqamətdə mərhələli şəkildə həll olunacaq tədbirlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədbirdə bildirilib ki, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər