6 Oktyabr 2016 11:38
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda uşaqların ana südü ilə qidalandırılması arzuolunan səviyyədə deyil”.

Teleqraf.com xəbər verir ki, bu gün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

Baş pediatr deyir ki, statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşağa 25 faizə qədər ana süd verib: “Döş əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, təbliğat aparmaq istiqamətində UNİSEF və Səhiyyə Nazirliyinin məqsədyönlü tədbirlərİ nəticəsində son illər bu rəqəm 50%-ə qədər yüksəlib.

Amma bu, hələ arzuolunan həddə çatmayıb. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, xüsusən pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir”.

Nəsib Quliyevin sözlərinə görə, hər bir ananın südü körpəsi üçün adekvat və spesifikdir: “Ana südündən uşağın həyatını ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ , karbohidrat, ferment, vitamin və minarel maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır.

Döş əmizdirmə həmçini ananın sağlamlığına da müsbət təsir göstərir. Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalınl azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ay ərzində növbəti hamiləlik riskini azaldır”.

Baş pediatr bildirib ki, səhiyyə işçiləri, cəmiyyətin bütün nümayəndələrinin birgə, müştərək məqsədyönlü fəaliyyəti sayəsində ölkədə döşlə əmizdirmənin miq­yasını maksimum arzuolunan həddə - 90-95 faizə atdırmaq mümükündür: “Ana südü ilə qidalanmanın hər bir ailənin öz körpəsinə qayğısı kimi qiymətləndirmək düzgün deyil, əslində bu, bütün cəmiyyətin qayğısıdır. Məqsəd uşaqların sağlam genofondunu yetişdirməkdir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər