6 Oktyabr 2016 12:44
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Körpələr üçün süni qida hazırlayan şirkətlər məhsullarını satmaq üçün bütün üsullardan istifadə edirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Nəsib Quliyev deyib.

Baş pediatrın sözlərinə görə, süni qida şirkətlərinin əməkdaşları qapı­qapı gəzir, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik: “Təəssüf ki, bunu edən ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Bəzi həkimlər də süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir. Belə hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır”.

Nəsib Quliyevin sözlərinə görə, ana südünün əvəzləyicisini yaratmaq ideyası məhz tibb işçilərindən gəlib: “Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır.

Ana südünün əvəzləyicisinin yaradılması normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı.

Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər