10 Oktyabr 2016 18:11
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın yeni parlamentində erməni deputatların sayı azərbaycanlı millət vəkillərindən çox olacaq.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, yeni parlamentdə 3 erməni, 2 azərbaycanlı deputat təmsil olunacaq.

İlkin məlumatlara görə, Axalkalakidəki birmandatlı seçki dairəsindən “Gürcü Arzusu” Partiyasının namizədi Qenzel Mikoyan seçicilərin 63 faiz səsini qazanaraq deputat seçilib. Həmçinin, “Gürcü Arzusu”nu parlamentdə Samvel Manukyan və Ruslan Poqosyan da təmsil edəcək.

Qeyd edək ki, seçkidən sonra parlamentə cəmi iki azərbaycanlı düşə bilib. Soydaşlarımız da parlamentə “Gürcü Arzusu” Hərəkatının namizədləri olaraq düşüb. Bunlar Ruslan Hacıyev və Mahir Dərziyevdir.

Ancaq majoritar seçki sistemi üzrə Bolnisi, Dmanisi, Marneuli və digər yerlərdə II tur seçkiləri keçiriləcək. Mümkündür ki, bu zaman iki və ya bir azərbaycanlı da parlamentə düşsün. Ancaq bu gün üçün əldə olan nəticələrə görə, erməni deputatların sayı azərbaycanlılarla müqayisədə çoxdur.

Yeri gəlmişkən, qeyd edək ki, Gürcüstanda ermənilərin sayı azərbaycanlılardan azdır. 2014-cü ildə Gürcüstanda əhalinin siyahıya alınması həyata keçirilib. Rəsmi məlumata görə, burada ermənilərin sayı 168 min nəfər, azərbaycanlıların sayı isə 233 min nəfərdir.

Qeyd edək ki, bir neçə il əvvəl Gürcüstan parlamentində 6 erməni deputat təmsil olunub.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər