Bakıda tikintidə qəza baş verib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün Rəşid Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.
Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.
Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Agentlik isə xəbər verir ki, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.