14 Oktyabr 2016 13:28
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, dəyişikliklər barədə deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

O, deyib ki, hər iki qanuna dəyişikliklərin kökündə bu kateqoriyadan olan insanlara dövlət tərəfindən təhsil güzəşti nəzərdə tutulub: “Azərbaycan Milli Elmlər Akademiyasına magistraturaya qəbulla bağlı hüquq verilib. Təklif edilən dəyişikliklərə görə, şəhid ailələrinin övladları və valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan şəxslər AMEA xətti ilə magistraturada təhsil alarkən ödənişli təhsildən azad olunacaq”.

Deputat Adil Əliyev isə deyib ki, təklifi dəstəkləyir və onun qəbuluna səs verəcək: “İki nüansı qeyd etmək istəyirəm. Apreldə biz şəhidlər verdik və onların ailələri çox əziyyət çəkdi. Aidiyyətli qurumlar bu məsələdə fəal olmadı. Bəzi rayon icra başçıları əvvəlcə şəhid ailələrinə diqqət edir, lakin sonradan onlar yaddan çıxarılır. Hesab edirəm ki, şəhid ailələri daim dövlətin diqqətində olmalıdır. Eləcə də şəhid ailələrinə verilən müavinətlər məsələsinə baxılmasını təklif edirəm. Fikrimcə, onlara nəqliyyatdan istifadə üçün kartlar verilə bilər”.

Elman Məmmədov isə deyib ki, şəhid övladlarına təkcə dövlət təhsil müəssisələrində deyil, bütün təhsil subyektlərində təhsil haqlarında güzəşt edilməlidir: "Biz əsasən, 1994-cü ilə qədər daha çox şəhid vermişik. Onların övladlarının hazırda 20-22 yaşı var. Onların böyük əksəriyyəti artıq bu qanunla güzəşt imkanlarını itirib".

Xatırladaq ki, sözüegedən qanun layihələri prezidentin İlham Əliyevin təşəbbüsü ilə parlamentə daxil olub.

Nemət


Müəllif:

Oxşar xəbərlər