17 Oktyabr 2016 17:42
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-avqust ayları ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər