Bakı Şəhəri Təhsil İdarəsi müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görüb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə idarənin İctimaiyyətlə əlaqalər sektoru məlumat yayıb.
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb.
Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyib, Sevil İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.
Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.