Yenicə istifadəyə verilən Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun videosu yayılıb.
Avtosfer.az-ın məlumatına görə, «Azəravtoyol» ASC-nin yaydığı videoda maraqlı bir məqam diqqəti cəlb edir. Belə ki, yolun bir hissəsində ağacı kəsməmək üçün hərəkət başqa cür tənzimlənib.
Yolun çəkilişi zamanı ağacın kəsilməsini istəyənlər olsa da, ASC rəhbərliyi bundan imtina edib və beləliklə, ağac yolun ortasında qalıb. Hərəkət isə məneəni sağdan-soldan keçməyi bildirən nişanların köməyi ilə təşkil olunub.
Həmin görüntüləri təqdim edirik: