28 Oktyabr 2016 14:07
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında”, “Televiya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklərlə əlaqədar qanun layihələri müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

Komitə sədri deyib ki, 2015-ci ilin 4 dekabrında qəbul edilən “Dini eksterimizmə qarşı mübarizə haqqında” qanun mühüm əhəmiyyət kəsb edir: “4 qanuna edilən dəyişikliklər bu qanunla əlaqəlidir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 7 və 11-ci maddələrinə 2 dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, dini eksterimizmə qarşı xüsusi əməliyyatlar keçirilən zaman əməliyyat zonalarında KİV nümayəndələrinin fəaliyyətini əməliyyat keçirən orqan müəyyən edir. Eləcə də müvafiq məlumatların verilməsinin forma və məzmununu əməliyyat aparan orqan müəyyən edir. Burada söhbət “Kütləvi informasiya vasitələri haqqında” qanunun “Dini eksterimizmə qarşı mübarizə haqqında” qanunla uyğunlaşdırılmasından gedir.

Həmçinin “Televiya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər