2 Noyabr 2016 15:51
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir epizodundan bəhs edən animasiya çarxı hazırlanıb.

Teleqraf.com-un məlumatına görə, videoçarxda Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşən “Ağaoğlan” abidəsi və ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış abidənin iz itirmək üçün elə ermənilərin özləri tərəfindən məhv edilməsi öz əksini tapıb. Hadisələri bərpa edərək yenidən canlandırmaq üçün 3D qrafikasından istifadə olunub.

Animasiya çarxının hazırlanmasında əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə daha kreativ üsulla çatdırmaqdan ibarətdir.

Animasiyanın süjet xəttində aparıcı personaj evi erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kiçik qızdır. O, xilas olmaq üçün qarlı, çovğunlu meşələrdən keçməli olur. Çarx artıq yetkin olan qızın işğal altındakı Azərbaycana aid tarixi abidələrin rəsmlərini və məcburi köçkünlərin çətin durumlara salınmasını əks etdirən fotoları izləməsi ilə yekunlaşır.

Videoçarx Prezident yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Müasir təbliğat üsulu olan 3D qrafikası” layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, 1978-ci ildə Ağdərə rayonunda ermənilərin Marağadan (İran) Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə abidə ucaldılıb. Abidənin üzərində ermənicə “Marağa – 150” yazılıb. Lakin bu abidə cəmi 10 il qalıb və 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlanan kimi abidə də yoxa çıxıb. Daha doğrusu, ermənilər özləri o abidəni dağıdıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər