4 Noyabr 2016 11:19
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub.

Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirilib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqram və dərsliklərin hazırlanması işləri davam etdirilir.

Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.

Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.


Müəllif:

Oxşar xəbərlər