11 Noyabr 2016 10:01
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda xəstəxanalardan birində intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Klinik Tibbi Mərkəzdə qeydə alınıb.

Burada müalicə olunan 1955-ci il təvəllüdlü Həsən Eminov boğazını ülgüclə kəsib və kəskin qan itirməsindən vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər