14 Noyabr 2016 10:30
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazır qəsəbəsində sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.

"Report"un xəbərinə görə, hadisə "Duz gölü"nün yaxınlığında baş verib.

1984-cü il təvvəllüdlü Pavel Nikolay Vitrovicin idarə etdiyi 10 LS 021 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik maşını əks yolda hərəkət edərkən Baxışov İlqar Xalid oğlunun idarə etdiyi "Daewoo" markalı minik avtomobili ilə toqquşub. "Daewoo"nun sürücüsü İlqar Baxışov, sərnişinlər 1960-cı il təvvəllüdlü Şahlar Səmədov, 1983-cü il təvvəllüdlü Mais Nəsirli və onun övladları - 11 yaşlı Yusif Nəsirli , 14 yaşlı Əli Nəsirli ağır xəsarətlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

"BMW" markalı avtomobilin sürücüsü Pavel Nikolay Vitrovic isə Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 2005-ci il təvvəllüdlü Yusif Nəsirliyinin vəziyyəti olduqca ağırdır. Onun beyin nahiyəsi zərbədən açılıb.

Yusif Nəsirli və qardaşı Əli Nəsirli güləşlə məşğul olur, hadisə vaxtı onlar idmandan qayıdırmış.

Abşeron Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları hadisə yerində olub. İlkin araşdırmalar zamanı qəzaya səbəb kimi "BMW" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuya getməsi göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər