Bu gündən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, hər iki stansiyada bununla bağlı hazırlıq işləri başa çatıb.
Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.
Xırdalan stansiyasinda isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib. Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı kimidir:
Bakı-Sumqayıt-Bakı üzrə ekonom 80, biznes klass isə 1.20 qəpikdir.
Bakı-Biləcəri (Biləcəri-Bakı) ekonom 30, biznes klass 80 qəpikdir. Bakı-Xırdalan-Bakı ekonom 40, biznes klass 1 manatdır. Biləcəri-Xırdalan- Biləcəri ekonom 20, bizness klass 40 qəpikdir. Biləcəri-Sumqayıt-Biləcəri ekonom 60 qəpik, biznes klass 1 manatdır. Xırdalan-Sumqayıt-Xırdalan ekonom 40 qəpik, biznes klass 80 qəpikdir.
İlhamə ƏBÜLFƏT