21 Noyabr 2016 19:52
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı mövcud problemlərin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf.com-un məlumatına görə, Konstitusiya Araşdırmalar Fondunun “Vətəndaşların müraciətləri haqqında” qanunun təbliği layihəsi çərçivəsində keçirilən tədbirdə ekspert Zaur İbrahimli sosial şəbəkələrdə layihə ilə bağlı sorğu keçirildiyini bildirib.

Onun sözlərinə görə, cəmi 58 nəfərin diqqətini cəlb edən sorğuda aktiv internet istifadəçiləri iştirak edib. Z.İbrahimli son illər dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması ilə bağlı səs verənlərin əksəriyyəti ciddi dəyişiklik müşahidə olunmadığını, digər qisim isə qismən müsbət dəyişikliyin baş verdiyini deyib.

O, müraciətlərə "vaxtında cavab verilmir", "formal cavablar verilir" mövqeyində olanların üstünlük təşkil etdiyini deyib.

Zaur İbrahimli respondentlərin bir çoxunun son dövrlər vəzifəli şəxslərin qəbul keçirməsini müsbət qarşılayıblar.


“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib ki, şəxsləri narahat edən müraciətlər fundamental insan hüquqlarına dair məsələ olduğundan “Vətəndaşların müraciətləri haqqında” qanuna baxılması yenidən gündəmə gəlib: “Müraciət formaları sadə olmalıdır. Şifahi, yazılı və elektron müraciət tələbləri yumşaldılmalıdır ki, proseslər asanlaşsın. Hesab edirəm ki, “qaynar xətt”ə müraciətin hüquqilik məsələsinin əsasları gücləndirilməlidir. Biz qurumların “qaynar xətt”lərinin işləməməsi kimi problemlərlə rastlaşırıq. Elə rayonlarda və şəhərlərdə məhkəmələr var ki, daxili telefon nömrələri belə işləmir. Yaxud qəbul saatlarında şöbə müdirlərinin qəbuluna düşmək olmur. İnsanların müraciətlərinə baxılmaması isə nə inzibati, nə də cinayət məsuliyyəti yaradırdı. İndi isə məsuliyyət məsələsi qoyulub, qanun pozuntusu yaradan hərəkətlər İnzibatin Xətalar Məcəlləsində məsuliyyət yaradır. Sadəcə bir məqam var ki, cərimənin məbləği çox aşağıdır. Şəxslərin müraciətinə baxmayan vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 1000 manat cərimə ödəyəcəklər. Məbləğin miqdarı cəzaya adekvat deyil”.

O, ödənişsiz hüquqi yardımla bağlı operativ yardım mərkəzinin olmasını da təklif edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər