Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Baş İdarədən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçıya fəxri fərman və hədiyyələr təqdim olunub. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibi seçilən 4 məktəbli oxucu isə eynidərəcəli diplomla təltif olunub.