Bu il keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, yaz aylarında isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına başlanacaq: “May ayında - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanacaq. 2017-ci il üçün Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri ötən dəfəki kimi kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə trekin konfiqurasiyası dəyişməz olaraq, qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq”.
Nərgiz