22 Yanvar 2017 00:10
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - maliyyə məsələlərində risk etməyin, iri məbləğli ödənişləri və köçürmələri təxirə salın. Qarşılaşa biləcəyiniz çətinliyi təhtəlşüurla hiss edəcək, hətta bir qədər sonra sizi gözləyən hadisəni də təxminləyə biləcəksiniz.

Buğa - hisslərinizə inanın - bilin ki, bu, yalan məsələ deyil. Biznesdəki tərəfdaşlarınız və qohumlarınız bu gün çox inadkar olacaqlar.

Əkizlər - hər şeyə rəğmən, hadisələri tələsdirməyin, səbrli olun, güzəştə gedin, önəmli məsələlərlə bağlı razılaşma əldə edin.
Bu, gələcəkdəki işlərlə bağlı indidən dəstək qazanmaq ehtiyacı ilə bağlıdır.

Xərçəng - bu gün səylərinizi və emosiyalarınızı yaxın insanlarınızın rifahı üçün yönəldin. Uzaqdan xəbər alaraq qəflətən harasa yollanmaq və ya qohumlarınızdan birinin problemi ilə məşğul olmaq ehtiyacı yarana bilər.

Şir - vacib məsələdə hərəkət olacaq, indiki səyləriniz yeni məna kəsb edəcək. Bütün şanslardan istiadə edərək hissiyatınızın sizə tələsməməyi məsləhət bildiyi yerdə riskə yol verməyin.

Qız - güclü gərginlik, hərəkətlərin koordinasiyasının pozulması, əhval-ruhiyyənizin pozulması mümkündür. Axşam saatlarında istirahət üçün yetərincə vaxt tapın, fəaliyyətinizi dəyişin.

Tərəzi - gəlirlərin artırılması ilə bağlı faydalı fikirlər ola bilər. Birbaşa fəaliyyət, fikirlərin iş yoldaşları ilə bölüşdürülməsi üçün əlverişli gün deyil.

Əqrəb - prioritetləri müəyyənləşdirin, aktivlik çərçivəsini daraldın. Əsas məsələdən diqqəti yayındıran bütün işlərdən əl çəkin.

Oxatan - gərginlik nəzarət olunmayan aşkarlıq, narazılıq, düşünülməmiş qərara səbəb ola bilər. Hərgah nədəsə problem yaranması riski varsa, toplantı, görüş və ya danışığı təxirə salın.

Oğlaq - kənar təsirlər bu gün sizə yaxşı heç nə vəd etmir. Paxıllardan qorunun. Gərəkli informasiyanı axtaranda bir qədər əvvəl yol verdiyiniz səhv ortaya çıxacaq. Təbii, bu da situasiyanın normaya salınması üçün faydalıdır.

Dolça - yaxın ətrafınızdakı insanlara qarşı qayğıkeş olun. Bu gün belə davranmaq heç çətin deyil. İş yerində yeni xəbərlər istisna deyil. Maddi perspektivlərinizi aydınlaşdırın, stavka edəcəyiniz iş, hadisə və ya adamı seçin.

Balıqlar - şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Hələlik hər şey ilkin müzakirələr, ümumi istiqamətin yoxlanması ilə bağlıdır. Səbrli olun: sıx münasibətlərinizin olduğu insanla bağlı təəssüf hissi yaşaya bilərsiniz.


Müəllif:

Oxşar xəbərlər