“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin yekun tədbiri keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə bildirilib ki, layihənin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün çoxtərəfli səylərin göstərilməsi, maarifləndirmə, hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım etməkdir.
Layihə çərçivəsində Quba, Masallı, Mingəçevir, Şəki və Goranboy rayonlarında məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Müzakirələr debat formasında aparılıb.
Görüşləri keçirilməsində məqsəd məktəblilərdə digər cinslərə qarşı dözüm formalaşdırmaq, ailələrdə məişət zorakılığının necə və nə üçün baş verməsi və onun qarşısının almaq üçün müzakirələrin aparılmasıdır. Görüşlərdə yuxarı sinif şagirdlərini təmsil edən 211 (116 qız, 95 oğlan) gənc iştirak ediblər. İlkin və son qiymətləndirmə keçirilib.
Beş rayon üzrə 500 nəfər (280 qadın, 220 kişi), o cümlədən bunlardan 200 nəfəri gənc olan
respondent arasında qiymətləndirmə sorğusu aparılıb.
Tədbirin sonunda layihə barədə video-çarx nümayiş olunub.
İlhamə ƏBÜLFƏT