4 Fevral 2017 16:46
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda qidadan zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə rəğmən, İsaq Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Səlmi Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.


Müəllif: