4 Fevral 2017 20:39
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz və Quba rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Bayoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın 5 m2 sahədə yanar konstruksiyaları və 6 ton ot bağlamasının 4,5 tonu yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonu, İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və içərisində olan ehtiyat hissələri yanıb.

Bitişik avtomobil təmiri sexləri yanğından mühafizə olunub. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: