9 Fevral 2017 16:25
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında nikaha daxil olmaq istəyən 10215 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238 min 509 nəfər müayinədən keçib.

1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub.

Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər