10 Fevral 2017 00:25
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə "Azərpoçt" MMC Bakıda "Şəbəkə" xidmət mərkəzi açacaq.

Mərkəz "vahid pəncərə" sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

Bu ilin ilk yarısınadək Bakıda beş "Şəbəkə" mərkəzinin açılması planlaşdırılır. (Trend)


Müəllif: