17 Fevral 2017 10:08
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan və Azərbaycan da daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".

Teleqraf.com-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu üzrə bəyanatında bildirilir.

Həmsədrlər bildiriblər ki, 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar və “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər.

Həmsədrlər həmçinin qeyd ediblər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir.


Müəllif:

Oxşar xəbərlər