Dünəndən başlayan qarlı hava şəraitində sonra 3 nəfər "bomj" Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 6 nömrəli Birləşmiş Şəhər xəstəxanasına yerləşdirilib.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Baş həkim qeyd edib ki, hava şəraiti ilə əlaqədar qarda xəsarət alma halları ilə bağlı bu saata kimi müraciət edən olmayıb: “Hava ilə əlaqəli hər hansı bir ölüm halları da qeydə alınmayıb”.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev şaxtalı havalarda kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi barədə əmri imzalayıb.
İlhamə ƏBÜLFƏT