17 Fevral 2017 11:45
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin dəfn mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, mərhumun həyat yoldaşı Səbinə Zəkizadə Şahinin səhhətinin qəflətən pisləşdiyini deyib: "Vəziyyəti qəflətən pisləşdi. Reanimasiyaya yerləşdirildi.Son sözünü belə deyə bilmədi. Oğlu Əliylə bağlı arzuları vardı. Deyirdi, sağalım, onumla idmana gedəcəm".

Səbinə həyat yoldaşına heç kəsdən dəstək gəlmədiyini də bildirib: "Heç vaxt heç kimin qəlbini qırmayıb. Ona pislik edirdilər. İçində çəkirdi. Çox əsəb keçirirdi. Gecələr yatmırdı. Onu bu günə salanları Allaha tapşırıram".

Mərhum bu gün Maştağada Seyidlər qəbristanlığında dəfn ediləcək.

Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi.

Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Daha sonra təhsilini Moskvada davam etdirib. Rejissor fəaliyyətinə reklam və klip sahəsində başlayıb. Azərbaycanın ən məşhur ifaçıları üçün kliplər çəkib.

Bundan başqa, o, "Lider" və "Yurd" televiziyalarında çalışıb. Həyatı boyu sosial reklam, siyasi çarx, həmçinin sənədli filmlər çəkən Şahin 2003-cü ildə "Dünənə ehtiramla, sabaha ümidlə" və Əminə Dilbazidən bəhs edən "Tənha bülbülün rəqsi" sənədli filmləri ilə kino sektoruna daxil olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər