Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirakçılara Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib.
Bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini daim nümayiş etdirib: "Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayır və ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır. Tolerantlıq ənənələri azərbaycançılıq ideologiyasının əsas dayağıdır.
Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir.
Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət göstərilib".